"Turan Tovuz" Türkiyə klubuna qarşı

14:52 - 31 İyul 2026

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv "Iğdır"la qarşılaşacaq. I Liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl Türkiyədə iki hazırlıq matçı keçirib. Komanda İranın U-21 millisi və "Fatih Karagümrük"lə 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti