“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində növbəti matçını keçirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Görüş Zaur Həşimovun rəhbərlik etdiyi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Şəfa”ya qələbə gətirən qolları Musa Quel və İsmayıl Zülfüqarlı vurub.
Qeyd edək ki, "Şəfa" buna qədər “İmişli” (2:2) və “Qəbələ” ilə (1:1) heç-heçə edib.
saytlarin hazirlanmasi
