"Sabah" müdafiəçisini Ukrayna klubuna icarəyə verdi

21:24 - 31 İyul 2026

"Sabah"ın iyulun əvvəlində Gürcüstanın "İberiya" klubuna icarəyə verdiyi Andrey Santos yenidən klubunu dəyişib.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Ukraynada davam etdirəcək.

Santos "Veres"ə icarəyə verilib. 21 yaşlı futbolçu 2026/27 mövsümündə Premyer Liqa təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.

Qeyd edək ki, "Sabah" Andrey Santosu 2025-ci ilin yayında ölkəsinin "Kanaa" klubundan transfer edib. "Sambaçı" Masazır təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti