Gianni Infantino Mərakeşə səfəri zamanı "Krallıq Günü" münasibətilə keçirilən tədbirdə ölkə haqqında yüksək fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, isveçrəli funksioner öz açıqlamasında bunları qeyd edib:
“Mərakeşlilər futbolu böyük sevgi ilə yaşayan insanlardır. Onlar milli komandalarının uğurlarını böyük sevinc və coşqu ilə qeyd edirlər."
İnfantino, həmçinin, 2030-cu il dünya çempionatının tarixin ən yaxşı mundialı olacağına əminliyini ifadə edib.
“Bu mundial heç bir şübhəsiz, tarixdə ən yaxşısı olacaq. Çünki o, ən gözəl ölkələrdən ən gözəlində – Mərakeşdə keçiriləcək”, – deyə FIFA prezidenti vurğulayıb.
saytlarin hazirlanmasi
