Premyer Liqada baş məşqçi istefası

20:17 - 31 İyul 2026

İngiltərə Premyer Liqasında baş məöşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Nyukasl" Eddi Hau ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Eddi Hau 2021-ci ilin noyabrında "Nyukasl"ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. "Sağsağanlar" Premyer Liqada 2025/26 mövsümünü 49 xalla 12-ci pillədə başa vurublar.

Xəbər xətti