"Liverpul"dan ayrılan Məhəmməd Salah karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Trabzonspor" ulduz futbolçunu heyətinə qatmağa yaxındır. Bu barədə jurnalist Yakup Çınar məlumat yayıb.
Salah Super Liqa nəhənginin təklifini qəbul edib. 34 yaşlı vingerin "Trabzonspor"la 2 illik müqavilə imzalayacağı, illik 15 milyon avro maaş və bonuslar qazanacağı bildirilir. Təcrübəli oyunçunun təqdimatının 2 avqust tarixinə planlaşdırıldığı qeyd olunub.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayında 42 milyon avro qarşılığında "Roma"dan "Liverpul"a transfer olunmuşdu. Misir millisinin üzvü 2025/26 mövsümündə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
