Nigeriya millisinin yarımmüdafiəçisi Almaniya klubuna keçir

13:37 - 1 Avqust 2026

"Brügge"nin yarımmüdafiəçisi Rafael Onyedika karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Ayntraxt" nigeriyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bundesliqa klubu 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün 10 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Brügge" Rafael Onyedikanı 2022-ci ilin yayında "Midyullann"dan 9,5 milyon avroya transfer edib. Nigeriya millisinin üzvü 2025/26 mövsümündə Belçika təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti