Fransalı müdafiəçi "Qalatasaray"ın hədəfində

18:58 - 1 Avqust 2026

"Alverka"nın müdafiəçisi Bastyen Myopiuy karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Myopiuy üçün danışıqlara başlamağı planlaşdırır. Portuqaliya klubu 20 yaşlı mərkəz müdafiəçisinə 15 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Alverka" Bastyen Myopiuyu 2025-ci ilin yayında "Vulverhempton"dan transfer edib. Gənc oyunçu 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.

Xəbər xətti