Niderland Superkubokunun sahibi bəlli oldu - 4 cavabsız qolla

22:44 - 2 Avqust 2026

"AZ Alkmaar" Niderland Superkubokunun qalibi olub.

Sportal.az xəbər verir ki, Superkubok uğrunda keçirilən görüşdə PSV (Eyndhoven) üzərində 4:0 hesablı inamlı qələbə qazanıb.

Ötən mövsüm PSV Eredivizienin çempionu olmuşdu, "AZ Alkmaar" isə ölkə kubokunu qazanaraq Superkubokda iştirak hüququ əldə etmişdi.

PSV artıq 9-cu dəqiqədə Joey Veermanın qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. "AZ Alkmaar" isə say üstünlüyündən maksimum yararlanaraq 66-cı dəqiqəyədək dörd cavabsız qol vurub.

Bu qələbə ilə "AZ Alkmaar" tarixində ikinci dəfə Niderland Superkubokunun sahibi olub. Klub ilk dəfə bu titulu 2009-cu ildə qazanmışdı.

Xəbər xətti