Paul Merson Cordan Henderson və Danni Vellbekin "Çelsi"yə mümkün keçidini dəstəkləyib.
Sportal.az xəbər verir ki, sabiq futbolçu "Sky Sports" üçün yazdığı köşə yazısında bunları qeyd edib:
“Daim demişəm ki, "Çelsi"yə təcrübəli futbolçular lazımdır. İnsanlar soruşacaqlar: ‘35 yaşlı oyunçuları niyə transfer edirsiniz?’ Amma söhbət gələcəkdən yox, bu gündən gedir.
Onlar artıq 7-8 illik müqavilələrlə gənc futbolçular üzərində komanda qurmağa çalışıblar. Əgər bu model işləsəydi, dünyanın ən uğurlu komandası olardılar. Amma belə olmadı. Təcrübənin qiyməti yoxdur. Komandanın oyunu alınmayanda və tribunalar narahat olmağa başlayanda məhz təcrübəli futbolçular vəziyyəti nəzarətə götürür.
Henderson son 15-20 dəqiqədə meydana çıxaraq komandanın üstünlüyünü sakit şəkildə qorumasına kömək edə bilər. Mənim fikrimcə, o, komandada çox vacib rol oynayacaq”.
saytlarin hazirlanmasi
