"Yuventus" 18 yaşlı hücumçunun transfer maliyyətini açıqladı

20:36 - 2 Avqust 2026

"Yuventus" 18 yaşlı Bosniya və Herseqovina millisinin hücumçusu Kerim Alaybeqoviçin transferinin maliyyə detallarını açıqlayıb.

Sportal.az xəbər verir ki, Turin klubu "Bayer"dən  transfer olunan futbolçu üçün ümumilikdə 38 milyon avro ödəyəcək.

Klubun rəsmi məlumatına əsasən:

30 milyon avro sabit transfer haqqıdır və bu məbləğ 4 il ərzində ödəniləcək;

5 milyon avro bonuslar şəklində ödənilə bilər;

Əlavə 2 milyon avro isə transferlə bağlı digər xərcləri əhatə edir. Alaybeqoviç “Yuventus”la 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqaviləyə imza atıb.

Xəbər xətti