Rusiya millisinin üzvü "Qalatasaray"ı seçdi

17:49 - 2 Avqust 2026

“Qalatasaray” heyətini rus futbolçu ilə gücləndirə bilər.

Sportal.az “Fotomaç”a istinadən xəbər verir ki, Türkiyə çempionu “Lokomotiv”in yarımmüdafiəçisi Aleksey Batrakovu heyətinə qatmağa çox yaxındır.

Klublar arasında ilkin razılıq əldə edilib. 21 yaşlı futbolçunun “Lokomotiv”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Rusiya millisinin üzvü bir çox təklif alsa da, seçimini “Qalatasaray”dan yana edib.

Xəbər xətti