Mərakeşli futbolçu İspaniyaya keçmək istəyərkən həlak oldu

11:08 - 2 Avqust 2026

Mərakeşli futbolçu Faten Ben Omar El Azizi İspaniyanın Seuta şəhərinə keçməyə cəhd edərkən həyatını itirib.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 20 yaşlı qadın futbolçu Tetuan şəhərinin "Maqreb Atletik" klubunda çıxış edirdi. Bildirilir ki, o, son üç gün ərzində İspaniya ərazisinə qeyri-qanuni yolla keçməyə çalışan on minlərlə miqrantdan biri olub.

İspaniya KİV-lərinin məlumatına əsasən, hadisə zamanı ümumilikdə 67 nəfər həlak olub. Ölənlərin əksəriyyətinin dənizdə boğulduğu qeyd edilir.

Qadın futbolçunun da dənizdə boğulduğu iddia edilir. Mərakeş mətbuatı isə faciə nəticəsində ölənlərin sayının 17 nəfər olduğunu bildirib.

Xəbər xətti