"Roma" mərakeşli hücumçu üçün hərəkətə keçdi

18:47 - 2 Avqust 2026

Mərakeş millisinin hücumçusu Sofian Rahimi karyerasını Avropada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, 30 yaşlı forvard “Əl-Əyn”i “Roma”ya dəyişə bilər.

"Canavarlar" Rahiminin transferi üçün BƏƏ klubu ilə danışıq aparır.

Mərakeşli hücumçunun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. 

“Əl-Əyn”in forvardı daha əvvəl “Raja Kasablanka” klubunda oynayıb.
 

Xəbər xətti