Azərbaycanın U-21 yığma komandasının üzvü Həsən Nəzərli karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, hazırda "Keçiören Bağlumspor"da oynayan gənc yarımmüdafiəçi "Şəfa"ya keçə bilər.
19 yaşlı futbolçunun Premyer Liqada yarışan bir neçə klubun maraq dairəsindədir.
Nəzərlinin seçimini hansı komandadan yana edəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.
U-21 yığmamızın üzvü "Ankaragücü"nün yetirməsi və sabiq futbolçusudur.
