"Çox güman ki, "Dinamo" bu mövsüm avrokuboklardan uzaq qalacaq" - ukraynalı "Qarabağ" haqda danışdı

14:49 - 2 Avqust 2026

Ukrayna milli komandasının keçmiş hücumçusu İvan Getsko Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunda "Dinamo" ilə "Qarabağ" arasında keçiriləcək matçla bağlı gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, “sport.nv.ua” portalına danışan ukraynalı "Dinamo"nun "Qarabağ"la görüşlərdə uğursuzluq yaşayacağına işarə vurub:

"Konfrans Liqasında növbəti oyunda "Dinamo" "Qarabağ"la qarşılaşacaq. "Qarabağ"dan bəhs edən kimi, onların ötən mövsüm Çempionlar Liqasındakı performansını xatırladım... Məncə, bu matç böyük bir məyusluq gətirəcək. Yenə də... Gözləyək. Çox güman ki, "Dinamo" bu mövsüm də avrokuboklardan uzaq qalacaq. İşlər buna doğru gedir".

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" görüşü avqustun 6-da Polşada keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Xəbər xətti