"Qalatasaray" xorvat üçün hərəkətə keçdi

13:22 - 2 Avqust 2026

“Qalatasaray” “Mançester Siti”nin futbolçusu Mateo Kovaçiçi heyətinə qatmağı planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı yarımmüdafiəçi üçün danışıqları davam etdirir.

Xorvat futbolçu özü də daha çox oynayacağı komandaya keçmək niyyətindədir.

Onun “şəhərlilər”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Türkiyə çempionu xorvatın maaş gözləntilərini qarşılaya bilərsə, keçid baş tuta bilər.

Kovaçiç “Dinamo”(Zaqreb), “İnter”, “Real”(Madrid), “Çelsi” klublarının formasını geyinib.
 

Xəbər xətti