"Sabah"ın rəqibi səfərdə xal itirdi - VİDEO

17:22 - 2 Avqust 2026

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Orhus" Danimarka çempionatında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, "Orhus" "Lünqbü"nün qonağı olub.

Matç 2:2 hesabı ilə başa çatıb.

"Sabah"ın rəqibi 2 turdan sonra 4 xalla 2-ci pillədədir.

Azərbaycan çempionunun danimarkalılara qarşı  ilk matçı avqustun 6-da səfərdə olacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Xəbər xətti