"ÇSKA yaxşı mübarizə apardı, sona qədər döyüşdü"

10:49 - 2 Avqust 2026

ÇSKA(Sofiya) klubunun sabiq forvardı Março Dafçev Sportal.az saytına açıqlama verib.

"Neftçi"nin keçmiş futbolçusu "Qarabağ"ın Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya klubunu məğlub edə bilməməsinə və turnirdən kənar qalmasına münasibət bildirib:

"Qarabağ" ÇSKA-dan daha yaxşı oynadı. Qol epizodları da var idi, amma istifadə edə bilmədi. Sadəcə ÇSKA çox yaxşı mübarizə apardı, sona qədər döyüşdülər. Əla atmosfer olacağını ehtimal edirdim. ÇSKA Avropa üçün əsl markadır. Onlar əvvəllər də avrokuboklarda yüksək nəticələr göstərib. Bu mövsümdə də uğurlu nəticələr istəyirlər. "Qarabağ"ın oyun stili elədir ki, topa nəzarət etdilər, qol epizodları yaradırlar. Lakin onlardan yararlanmaq lazımdır".

Dafçevin fikrincə, "Qarabağ" avrokuboklarda yoluna davam edəcək: "Hər halda, "Qarabağ" avrokuboklarda yoluna davam edir. Fikrimcə, Konfrans Liqasında mübarizə aparmağa davam edəcək. Bu cür nəticələr üzücü olur. "Qarabağ"ın yaxşı heyəti var, futbolçuları fərdi olaraq da güclüdür. Onlar Konfrans Liqasında liqa mərhələsində oynaya bilər".

Xəbər xətti