"Torpedo"ya məxsus olsa da, yeni mövsümü icarə əsasında "SKA-Xabarovsk"da keçirəcək azərbaycanlı futbolçu Sadiq Baqiyev Sportal.az açıqlama verib.
21 yaşlı yarımmüdafiəçi "Torpedo"dan ayrılmasının səbəbini kifayət qədər oyun vaxtı ala bilməməsi ilə əlaqələndirib: "Bu, klubla birgə qəbul etdiyimiz qərar idi. Hazırda "Torpedo"da istədiyim qədər oyun vaxtım yox idi. Sadəcə ehtiyatda oturmağın mənası yoxdur. Oynamaq, inkişaf etmək və irəliləmək istəyirəm. "SKA-Xabarovsk"da bunun üçün daha çox imkan görürəm".
O, sabiq komandası olan "SKA-Xabarovsk"u seçməsində əvvəlki tanışlığın rol oynadığını da vurğulayıb. "Komandanı və şəhəri tanımağım seçimimə təsir etdi. Baxmayaraq ki, qısa müddətdə başqa klublarla da danışıqlar olmuşdu, sonda seçimimi "SKA-Xabarovsk"dan yana etdim. Şayiələr olsa da, amma Azərbaycan klublarından konkret təklif olmadı. Azərbaycan çempionatı legionerlərin hesabına güclənib və yerli futbolçular da onların yanında inkişaf edir. Gələcəkdə ən güclü liqalarda oynamaq istəyirəm. Bütün variantları agentim və ailəmlə birlikdə dəyərləndirməyə hazıram".
Mirbağırağa
saytlarin hazirlanmasi
