Osimhen üçün 55 milyon funt-sterlinqlik təklif - "Qalatasaray" daha çox istəyir

23:05 - 2 Avqust 2026

"Tottenhem" "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin transfer variantını nəzərdən keçirir.

Sportal.az "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, London klubu vasitəçilər üzərindən 27 yaşlı nigeriyalı forvard üçün 50-55 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bildirib. “Qalatasaray” isə futbolçunu təxminən 65 milyon funt dəyərində qiymətləndirir.

Hazırda klublar arasında rəsmi danışıqlar və birbaşa təmaslar olmayıb. Bildirilir ki, “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi Osimheni komandanın hücum xəttini əhəmiyyətli dərəcədə gücləndirə biləcək futbolçu hesab edir.

Qeyd edək ki, Osimhenin xidmətində həmçinin "Mançester Yunayted", "Çelsi" və Atletiko" da maraqlıdır.

Xəbər xətti