Avropa klubu yığma komandamızın üzvü ilə bağlı qərar verdi - klubların təklifləri geri çevrildi

13:47 - 2 Avqust 2026

Azərbaycanın U-21 yığmasının üzvü Murad Məmmədov “Pafos”da qalacaq.

Sportal.az saytına verilən məlumata görə, Kipr klubunun rəhbərliyi gənc futbolçuya bir çox komandadan maraq olmasına baxmayaraq, həmin təklifləri geri çevirib.

Belə ki, bir çox klub onu bir mövsümlük icarəyə götürmək üçün “Pafos”a müraciət edib. Onlar arasında “Riqa” və “Omoniya”(Aradippu) klubları da olub.

Lakin “Pafos” Məmmədovla bağlı mövqeyini bu klublara bildirib - futbolçu komandada qalacaq.

Qeyd edək ki, azərbaycanlı futbolçu məhz Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la(4:0) Kiprdə keçirilən görüşdə meydana çıxaraq debüt edib.

Yığmamızın üzvü bu yay "Neftçi"dən "Pafos"a keçib və kiprlilərlə müqavilə müddəti 2030-cu il mayın 31-nə qədərdir.
 

Xəbər xətti