"Nyukasl"dan 30 milyon avroluq transfer

13:23 - 3 Avqust 2026

İngiltərənin "Nyukasl" klubu qapı xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Braqa"dan Lukaş Horniçeki transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Nyukasl" çexiyalı qapıçı üçün Portuqaliya klubuna 40 milyon avro təzminat ödəyib. 24 yaşlı qolkiperlə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Lukaş Horniçek 2020-ci ilin yayından "Braqa"da çıxış edirdi. O, 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 55 rəsmi matçda qapısında 51 qol görüb.

Xəbər xətti