"Real"dan "Sevilya"ya transfer

12:40 - 3 Avqust 2026

"Sevilya" heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Real"dan Fran Qonsalesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya U-21 millisinin üzvü "Sevilya" ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Fran Qonsales 2022-ci ilin yayında "Real"ın akademiyasına qoşulub. 21 yaşlı qolkiper Madrid təmsilçisinin əsas komandasının heyətində bir La Liqa matçında meydana çıxıb.

Xəbər xətti