"Sabah"ın pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşəcək

11:20 - 3 Avqust 2026

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibləri müəyyənləşəcək.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.

"Sabah"ın pley-off mərhələsindəki potensial rəqibləri bunlardır:

“Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalgiris” (Litva) cütünün qalibi

“Seltik” (Şotlandiya)

“Myelbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi

AEK (Afina, Yunanıstan)

Xəbər xətti