"Bu şəhərdə futbolu yaxşı bilirlər, sevirlər, "Kəpəz" üçün mübarizə aparmalıyıq" - yeni transfer

13:49 - 4 Avqust 2026

"Kəpəz"in yeni transferi Vadim Abdullayev Sportal.az saytına açıqlama verib. Təcrübəli futbolçu Gəncə klubuna keçidindən bəhs edib:

"Mənim başqa klublardan da təkliflərim var idi. Sadəcə ən uyğun seçimin "Kəpəz" olduğunu düşündüm. "Kəpəz"in adı Azərbaycan futbolunda böyük yer tutur. Klubun azarkeşi, futbol üçün infrastrukturu çox yaxşıdır. Bu kluba görə, tər töküb həmişə ən yaxşısını etməyə çalışacam. Bu şəhərdə futbolu bilirlər, sevirlər, ona görə də məsuliyyəti dərk edib, “Kəpəz”in uğurları üçün hamımız bir olub mübarizə aparmalıyıq".

Abdullayev komandasının hazırkı durumundan və Premyer Liqaya nə dərəcədə hazır olub-olmamasından bəhs edib:

"Hazırlıqlarımız davam edir. Təbii ki, yoxlama matçlarına da çıxmışıq. Yoldaşlıq oyunları əsasən səhvlərimizi görmək üçün önəmlidir. Hələ tam formalaşamamışıq, yaxın günlərdə gələnlərimiz də olacaq. Çempionat hər şeyi göstərəcək. Biz özümüz əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun".

Mirbağırağa

Xəbər xətti