Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşib. Ağdam təmsilçisinin bu raunda keçə bilsə, "Tvente" (Niderland) - "DAK-1904" (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin matçları 20-27 avqust tarixlərində keçiriləcək.
saytlarin hazirlanmasi
