"Sabah" "Orhus" səddini keçə bilməsə, "Benfika" ilə qarşılaşa bilər

15:16 - 3 Avqust 2026

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə "Sabah"ın da potensial rəqibləri müəyyənləşib.

Çempionlar Liqasının III təsnifat mərhələsində mübariza aparan komanda "Orhus" səddini keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək. Masazır təmsilçisi burada "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avroliqada pley-offun matçları 20-27 avqust tarixlərində keçiriləcək.

Xəbər xətti