"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi - Konfrans Liqası

16:22 - 3 Avqust 2026

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşib. Ağdam təmsilçisinin bu raunda keçə bilsə, "Tvente" (Niderland) - "DAK-1904" (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin matçları 20-27 avqust tarixlərində keçiriləcək.

Xəbər xətti