Tanınmış forvard Almaniyada qaldı

09:17 - 4 Avqust 2026

Bosniya və Herseqovina millisinin forvardı Edin Ceko Almaniyada qalacaq.

Sportal.az xəbər verir ki, "Şalke" 40 yaşlı futbolçu ilə yeni müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, növbəti mövsümün sonuna qədər Helzenkirhen təmsilçisinin heyətində oynayacaq.

Qeyd edək ki, Ceko 2026-cı ilin qışında azad agent kimi “Şalke”yə keçmişdi. 

Xəbər xətti