"Real"ın forvardı Premyer Liqa klubunda - RƏSMİ

00:50 - 4 Avqust 2026

"Fulhem" hücumçu Qonzalo Qarsiyanın "Real"dan transfer olunduğunu rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, 22 yaşlı ispaniyalı futbolçu İngiltərə klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Sazişdə onun daha bir mövsüm uzadılması imkanı da nəzərdə tutulub. Transferin dəyəri 40 milyon avro + 2 milyon avro bonus təşkil edib.

Razılaşmaya əsasən, “Real" futbolçunun gələcək satışından 30 faiz pay əldə edəcək.

Qonsalo Qarsiya ötən mövsüm La Liqada 30 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. O, orta hesabla hər matçda 31 dəqiqə meydanda olub.

Xəbər xətti