Cənubi Koreya millisinin üzvü "Turan"da

20:22 - 3 Avqust 2026

Qadın voleybolçulardan ibarət “Turan” komandası heyətinə daha bir legioner cəlb edib.

Sportal.az xəbər verir ki, son Azərbaycan çempionu Li Cayonqla anlaşıb.

Cənubi Koreya milli komandasının hücumçusu ilə bir mövsümlük müqavilə bağlanıb. Karyerası ərzində ölkəsində “Hönqkuk Pink Spiders” (2014–2021) və Yaponiyanın “Vkctorina Himeji” (2025/2026) klublarında forma geyinmiş voleybolçu 2015–2019-cu illərdə ardıcıl dörd mövsüm Koreya V Liqasının ən məhsuldar hücumçusu olub.

Qeyd edək ki, Tovuz təmsilçisi CEV Çempionlar Liqasında iştirak edəcək.

Xəbər xətti