"Karvan-Yevlax" iki futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Premyer Liqanı tərk edən bölgə təmsilçisi Elvin Yunuszadə və Ali Abdullayevlə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki müdafiəçinin klubla müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, Elvin Yunuszadə 2025/26 mövsümündə "Karvan-Yevlax"ın heyətində 19 oyun keçirib. Əli Abdullayev isə 9 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
