"Çelsi"nin yarımmüdafiəçisi Romeo Laviya karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Monako"belçikalı futbolçunu transfer etmək istəyir. Bu barədə jurnalist Saymon Fillips məlumat
Liqa 1 təmsilçisi 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna 30 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Çelsi" Romeo Laviyanı 2023-cü ilin yayında "Sauthempton"dan 62 milyon avroya transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə Premyer Liqa nəhənginin heyətində 22 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
