Bölgə klubunun yeni baş məşqçisi məlum oldu

18:37 - 4 Avqust 2026

I Liqada mübarizə aparan "Zaqatala"nın yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisini Rakif Əliyev çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Rakif Əliyev "Qəbələ" və "Kəpəz"də analitik kimi fəaliyyət göstərib, həmçinin, "Qarabağ"ın akademiyasında çalışıb.


Xəbər xətti