"Sumqayıt" braziliyalı ilə anlaşdı

13:34 - 5 Avqust 2026

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.

Sportal.az xəbər verir ki, komanda son klubu Braziliyanın “Ferroviario” kollektivi olan yarımmüdafiəçi Lukas Blek ilə 2 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu “55” nömrəli formada çıxış edəcək.

Xəbər xətti