"Qarabağ"ın UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo”ya(Kiyev) qarşı keçiriləcək oyun üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, Ağdam klubunun heyətində cəmi 20 oyunçu yer alıb. Zədə səbəbindən 8 həftə oynaya bilməyəcək Zakariya Savo heyətdən kənarda qalıb. Həmçinin heyətdə əvvəllər Avropa Liqasının seçmə mərhələ oyunları üçün heyətə daxil edilmiş "Qarabağ"ın gənc akademiya oyunçuları da yer almayıb.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Martin Zlomişliç, Mateuş Koxalski
Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Bədəvi Hüseynov;
Yarımmüdafiəçilər: Marko Yankoviç, Coni Montiel, Kadi, Cebrail Makretskis, Pedro Bikalyo, Samuel Lobato
Hücumçular: Jali Mouaddib, Abdullah Zubir, Aleksey Kaşuk, Musa Qurbanlı, Renaldo Sefas
"Qarabağ"ın "Dinamo" ilə ilk oyunu avqustun 6-da Polşanın "Arena Lublin" stadionunda, cavab oyunu isə avqustun 13-də Tofiq Bəhramov stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi
