Matvey Kislyak "Beşiktaş"ın maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, insayder İvan Karpovun məlumatına görə, təxminən bir ay əvvəl İstanbul klubu Moskva ÇSKA-sının yarımmüdafiəçisini transfer etməyə cəhd edib.
“Beşiktaş” aşağıdakı təklifi irəli sürüb:
2 milyon avro qarşılığında bir mövsümlük icarə;
18 milyon avro məbləğində satınalma hüququ.
Lakin ÇSKA rəhbərliyi Kislakı yalnız 40 milyon avroya satmağa hazır olduğunu bildirib. Bundan sonra danışıqlar davam etməyib və transfer baş tutmayıb
saytlarin hazirlanmasi
