Albaniya klubundan ayrıldı, I Liqa təmsilçisi ilə anlaşdı

21:22 - 5 Avqust 2026

Ötən mövsümü Albaniyanın birinci liqa təmsilçisi olan “Poqradeçi”də keçirmiş Elməddin Məmmədov oradan ayrılıb.

Sportal.az xəbər verir ki, azərbaycanlı qolkiperin bu dəfə ölkə xaricinə yollanmaq istəyi baş tutmayıb.

O, yeni mövsümə Azərbaycanda başlayacaq. Məmmədov “Xankəndi” ilə anlaşıb. I Liqa klubu onunla 1 illik müqavilə imzalayıb.

30 yaşlı qapıçı “Luftetari”, “Yedinstvo Bihac”, “Muras Yunayted”, “Alqa Bişkek”(hər ikisi Qırğızıstan), “Araz-Naxçıvan”, “TC Spors Club”(Maldiv adaları), “Spartak”(Tsxvinali, Gürcstan), “St.Andryus”(Malta) klublarının qapısını qoruyub.

Xəbər xətti