"Orhus" - "Sabah" görüşü gec başlayacaq - qəzaya görə

20:08 - 5 Avqust 2026

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orhus” – “Sabah” matçı əvvəlcədən nəzərdə tutulan vaxtdan 30 dəqiqə gec başlayacaq.

Sportal.az xəbər verir ki, bu barədə hazırda Danimarkada olan İTV-nin əməkdaşı Kənan Hakimov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, görüşə Bakı vaxtı ilə saat 20:30-da deyil, 21:00-da start veriləcəyini bildirib.

Buna səbəb Orhus şəhərindən Randersə gedən yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxac olub. Tıxac səbəbindən komandaları stadiona aparan avtobuslar gecikib.

Qeyd edək ki, 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan) qarşılaşması əvvəlcədən nəzərdə tutulan vaxtdan 30 dəqiqə gec başlayacaq.

Apasport.az xəbər verir ki, bu barədə Danimarkada oyunu izləyən İTV-nin jurnalisti Kənan Hakimov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, matç Bakı vaxtı ilə saat 20:30 əvəzinə 21:00-da start götürəcək. Buna səbəb Orhus şəhərindən Randersə gedən yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxac olub. Tıxac səbəbindən komandaları stadiona aparan avtobuslar gecikib.

Qeyd edək ki, “Orhus” ev oyunlarını Randers stadionunda keçirir.

Xəbər xətti