"Qəbələdə meydançaların vəziyyəti əladır" - fransalı dünya çempionu

15:54 - 6 Avqust 2026

Qətərin  "Əl-Xaraitiyat" yeni mövsümün hazırlığını Qəbələdə keçir.

Sportal.az xəbər verir ki, Asiya təmsilçisinin müdafiəçisi Prensel Kimpembe "Qəbələ" klubunun mətbuat xidmətinə açıqlama verib. Fransa millisi ilə dünya çempionu, PSJ ilə UEFA Çempionlar Liqasının qalibi olmuş 31 yaşlı futbolçu təlim-məşq toplanışını və şəraiti dəyərləndirib:

"Komanda təlim-məşq toplanışındadır. Hazırlıq yaxşı gedir. Məşq meydançaları çox yaxşıdır. Əvvəllər burada heç olmamışdım. Bura gələnə qədər Qəbələ haqda məlumatım yox idi. Burada hər yer bir-birinə yaxındır. Hoteldən məşqə gəlməyə bir dəqiqə vatımız gedir. Bundan həzz ala və rahat məşq edə bilirik. Meydançaların vəziyyəti əladır.

İnanıram ki, komandamla birgə yaxşı işlər görə bilərəm. Əvvəlki formama qayıdacağıma inanıram. Əks halda dayanardım. Komandamıza və heyətə güvənirəm. Hər kəs mənə yardım etməyə çalışır. Mən isə bunun qarşılığını verməyə çalışıram".

Xəbər xətti