"Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir" - "Dinamo"nun baş məşqçisi

23:02 - 5 Avqust 2026

"Qarabağ" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Dinamo" ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, oyundan öncə keçirilmiş mətbuat konfransında "Dinamo"nun baş məşqçisi İqor Kostyuk matç haqda fikirlərini bildirib:

"Bu matçdan öncə keçirdiyimiz PAOK-la qarşılaşmadan nəticə çıxarmalıyıq. Futbolda səhvlər qaçılmazdır. Əsas məsələ futbolçuların həmin səhvlərə necə reaksiya verməsi və onları aradan qaldırmasıdır. Komandamızın inkişaf edəcəyinə inanıram. "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir. Bununla yanaşı, biz də öz gücümüzə inanırıq, rəqibi təhlil etmişik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik."

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" matçı sabah "Lublin Arena"da keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. 

Xəbər xətti