"Səbail"də təqdimat tədbiri keçiriləcək

16:53 - 6 Avqust 2026

“Səbail” PFK-nın yeni idarə heyəti ilə təqdimat tədbiri keçiriləcək.

Sportal.az xəbər verir ki, mərasimdə klubun strateji inkişaf planları, 2026/2027-ci illər mövsümü üçün müəyyənləşdirilən hədəflər, infrastruktur və sosial layihələr, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bununla yanaşı, tədbir çərçivəsində “Səbail” PFK-nın 2026/2027-ci illər mövsümü üçün yeni oyun formaları və komandaya yeni qoşulan əcnəbi futbolçular ictimaiyyətə təqdim olunacaq.

Tədbir 7 avqust saat 15:00-da Hilton Hotelində baş tutacaq.

Xəbər xətti