"Qarabağ" - "Dinamo" matçının biletləri satışa çıxır

11:54 - 6 Avqust 2026

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo” (Kiyev, Ukrayna) qarşılaşmasının biletləri 6 avqust, saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiymətləri:

5, 10, 15 və 20 AZN

VIP sektorlar: 50, 75 və 100 AZN

VVIP sektorlar: 150 AZN

Qeyd: VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Diqqət! Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.


Xəbər xətti