I Liqada mübarizə aparan "Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən komandanın baş məşqçisi postuna Elman Sultanov təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Elman Sultanovun son iş yeri "Baku Sportinq" olub.
saytlarin hazirlanmasi
