İngiltərənin "Nyukasl" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Mattias Yayssle çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Mattias Yaysslenin son iş yeri "Əl-Əhli" olub. Almaniyalı məşqçi Səudiyyə Ərəbistanı təmsilçisi ilə Asiya Çempionlar Liqasının qalibi olub.
saytlarin hazirlanmasi
