"Real" Vinisiusla yeni müqavilə imzalamağa yaxındır

17:50 - 6 Avqust 2026

"Real" Vinisius Juniorun müqaviləsinin müddətini uzatmağa yaxındır.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yaayıb.

​Vinisius və onun nümayəndələri ötən gün baş tutmuş uğurlu danışıqlardan sonra sonra prinsipcə razılıq veriblər. Şifahi razılaşma artıq demək olar ki, əldə olunub. Hazırda müqavilə son mərhələyə keçir.

Tərəflər yaxın vaxtlarda hər bir addımı razılaşdırmaq və sənədləri rəsmi olaraq imzalamaq üçün sözləşmənin son detallarını müzakirə edirlər. Baş məşqçi Joze Mourinyo da razılıq əldə olunması üçün səylər göstərir. O, braziliyalı vingerin klubda qalmasında təkid edir.

Qeyd edək ki, Vinisius ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 53 matç keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib. 26 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Xəbər xətti