Asim Xudiyevə UEFA-dan təyinat

18:22 - 6 Avqust 2026

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

O, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək “Eqnatia” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq.

Xəbər xətti