"Sabah" - "Orhus" matçına maraq böyükdür

19:22 - 6 Avqust 2026

“Sabah”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Orhus”a qarşı cavab oyunu üçün bilet satışı davam edir (ilk oyun 2:1 hesabı ilə başa çatıb). 

Sportal.az xəbər verir ki, Masazırdakı 8700 tamaşaçı tutumuna malik “Bank Respublika Arena”da keçiriləcək görüşə 3600 bilet satılıb.

“Sabah” – “Orhus” matçı avqustun 11-də baş tutacaq. Həmin oyuna 20:00-da start veriləcək.
 

Xəbər xətti