Türkiyənin "Fənərbaxça" klubunun heyətinə ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Ceyden Ostervolde sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı futbolçu UEFA Çempionlar Liqası III təsnifat "Şturm Qrats"la ilk matçında (2:0) zədələnib. Ostervoldenin ayaq əzələsində yırtıq aşkarlanıb. 24 yaşlı sol cinah müdafiəçisi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvarında "Parma"dan transfer edib. Oyunçu cari mövsümdə İstanbul təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
